...

Azərbaycan prezidenti Türkmənistanın yeni başçısını təbrik edib

Siyasət Materials 15 Fevral 2007 17:24 (UTC +04:00)

Azərbaycan prezidenti Azərbaycan xalqının və öz adından Türkmənistan prezidenti Qurbanqulu Berdimmuxammedovu yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib. Bu barədə Trend xəbər verir.

Türkmənistanın yeni prezidentinə göndərilmiş məktubda İ.Əliyev Q.Berdimmuxammedovun seçilməsini xalqın ona olan etimadı, hörməti kimi qeyd edib. Azərbaycan prezidenti vurğulayıb ki, əvvəldən Azərbaycan və Türkmənistanı dostluq və qarşılıqlı dəstək bağları birləşdirirdi. "Mən əminəm ki, xalqlarımızın və dövlətlərimizin rifahı, bölgədə sülh, sabitlik və tərəqqi naminə ölkələrimiz qarşılıqlı təşəbbüs nümayiş etdirəcəklər", - deyə məktubda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti