...

Almaniya XİN rəhbəri Bakıda Aİ-yə inteqrasiya və energetika əməkdaşlığı məsələlərini müzakirə edəcək

Siyasət Materials 16 Fevral 2007 16:34 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer fevralın 18-19-da Azərbaycana səfəri çərçivəsində Azərbaycanın Avropa İttifaqına inteqrasiyası və energetika əməkdaşlığı məsələlərini müzakirə edəcək. Bu barədə Trend ə Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Nəsimi Ağayev bildirib.

Diplomat bildirib: "Almaniya hazırda Avropa İttifaqında sədrlik edir və sədrliyi çərçivəsində bütün aktual məsələləri əhatə etmək niyytəindədir. Fəaliyyətinin əsas istiqamətlərindən birini Almaniya Yeni Qonşuluq Siyasətinin həyata keçirilməsini fallaşdırmaqda görür və bu planda Azərbaycanla əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir".

Səfər Cənubi Qafqaz ölkələrinə regional turne çərçivəsində həyata keçiriləcək. Nazir fevralın 18-də axşam üstü Bakıya gələcək. Fevralın 19-da o, Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla, həmçinin Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşməyi planlaşdırıb.

Günün ikinci yarısında nazir Bakıdan Tbilisiyə yola duşəcək.

Xəbər lenti

Xəbər lenti