Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Fevralın 22-də ADP-nin 9-cu Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu və sədrin müavini Taliyət Əliyev ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Dallas Frohriblə görüşüblər. Bu barədə ADP-dən məlumat verilib.
Görüşdə Respublikadakı ictimai-siyasi vəziyyət və ADP-nin son dövrlər yürütdüyü yeni siyasi xətlə əlaqədar partiya ətrafında yaranmış vəziyyət barədə müzakirələr aparılıb.
Bu gün həmçinin ADP-nin 9-cu Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavinləri Həsrət Rüstəmov və Taliyət Əliyev Böyük Britaniya səfirliyində səfirin müavini Kolin Velslə görüşüblər. Görüşdə respublikada ictimai-siyasi vəziyyət və partiyadaxili vəziyyətlə əlaqədar müzakirələr aparılıb. ADP funksionerləri partiyada yaranmış vəziyyətin siyasi və hüquqi tərəfləri haqqında Böyük Britaniya diplomatını məlumatlandırıblar.