...

Baş nazir: Azərbaycan Moldovaya neft-qaz axtarışında kömək edəcək

Siyasət Materials 23 Fevral 2007 17:12 (UTC +04:00)
Baş nazir: Azərbaycan Moldovaya neft-qaz axtarışında kömək edəcək

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan prezidenti İlham Əliyev Moldovanın baş naziri Vasile Tarlevlə görüşdə bu ölkəyə neft yataqlarında tədqiqat işlərinin aparılması üçün ekspert qrupunun göndərilməsinə hazır olduğunu bildirib. V.Tarlevin bu gün Xəzər İnteqrasiya və Biznes Klubunun iclasında məlumat veirb ki, Moldovada 600 metr dərinlikdə artıq 30 min ton neft hasil olunub. "Bu yaxşı göstəricidir", deyə o, bildirib. İlkin qiymətləndirmələrə əsasən, 1200- 2400 metr dərinlikdə cəlbedici karbohidrogen ehtiyatları mövcuddur.

"Böyük karbohidrat ehtiyatlarının olmasını Moldovanın Rumıniya və Ukrayna ilə həmsərhəd olması ilə sübut edir", o, deyib. Nazir qeyd edib ki, Azərbaycan ekspert qrupunun gəlişinə qədər tərəflər Moldovanın cənub hissəsində tədqiqatın aparılması üçün konkret fəaliyyət proqramı hazırlayacaq.

"Bu gün Moldovanın beş yşayış məntəqəsi öz qazı ilə təmin edilir. Biz, 2011-ci ilə qədər ölkəmizi öz qazımız hesabına təminatı artırmaq üzrə işlər aparmağı planlaşdırırıq", deyə o, bildirib. Hazırda Moldova qazın əsas hissəsini Rusiyadan idxal edir.

Xəbər lenti

Xəbər lenti