Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Bu gün Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Viktor Yuşşenkoya zəng vurub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verib.
İ.Əliyev Ukrayna prezidentini ad günü münasibətilə təbrik edərək ona işlərində uğurlar və sağlamlıq arzu edib.
V.Yuşşenko göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib. Dövlət başçıları ölkələr arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıqdan məmnun olduqlarını bildirib və gələcəkdə bu münasibətlərin daha da möhkəmlənməsinə əminlik bildiriblər.
Söhbət əsnasında birgə maraq doğuran digər məsələlər də müzakirə olunub.