...

Parlament prezidentin "Bağ təsərrüfatı haqqında" qanuna etirazını qəbul edib

Siyasət Materials 27 Fevral 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin fevralın 27-də keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bağ təsərrüfatı haqqında" qanuna etirazı qəbul olunub. Parlamentin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov deyib ki, prezidentin göndərdiyi etirazda "Bağ təsərrüfatı haqqında" qanunun Konstitusiyanın 59-cu maddəsinə, "Torpaq haqqında" qanunun maddələrinə zidd olduğu bildirilib. E.İbrahimov prezidentin etirazının aqrar siyasət komissiyasında müzakirə edlidiyini və komissiya üzvlərinin dövlət başçısının mövqeyini dəstəklədiyini vurğulayıb.

E.İbrahimovun məlumatı dinlənildikdən sonra Milli Məclis prezidentin etirazını qəbul edib.  

Xəbər lenti

Xəbər lenti