...

Azərbaycan XİN rəhbəri BMT-nin insan haqları üzrə şurasının sessiyasında iştirak edəcək

Siyasət Materials 27 Fevral 2007 16:44 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri BMT-nin insan haqları üzrə şurasının sessiyasında iştirak edəcək

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov martın 13-də Cenevrədə işinə başlayacaq BMT-nin insan haqları üzrə şurasının növbəti sessiyasında iştirak edəcək. Bu barədə BMT-nin Cenevrə şöbəsində və beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəliyinin rəhbəri, Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov məlumat verib.

Səfirin məlumatına əsasən, Azərbaycan xarici işlər naziri sessiyada Azərbaycanda insan haqlarının təmin olunması vəziyyəti barədə məruzə ilə çıxış edəcək və bu sahədə ölkədə həyata keçirilən islahatlar haqqında sessiya iştirakçılarını məlumatlandıracaq. Diplomat qeyd edib ki, insan haqları üzrə Şura BMT insan haqları üzrə komissiyası əsasında yaradılmış BMT Baş Assambleyasının köməkçi orqanıdır.

Səfirin məlumatına əsasən, hazırda nazirin səfər proqramının hazırlanması üzrə iş aparılır. Onun sözlərinə görə, səfər proqramı olduqca zəngin olacaq, Elmar Məmmədyarovun təşkilatın üzv dövlətlərindən olan həmkarları ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılıb.

Sessiyada iştirak çərçivəsində həmçinin Elmar Məmmədyarovun Ermənistan XİN rəhbəri Vardan Oskanyanla da növbəti görüşü planlaşdırılıb. Bu barədə Astanada səfərdə olan Azərbaycan XİN rəhbəri bu gün jurnalistlərə məlumat verib.

Xəbər lenti

Xəbər lenti