...

Gəncədə yeni tikilən "Nəhəng daş" ticarət mərkəzinin açılışı martın 12-də olacaq

Siyasət Materials 3 Mart 2007 10:15 (UTC +04:00)

Azərbaycan, Gəncə /müxbir Trend V.Məmmədov/Gəncədə yeni tikilən "Nəhəng daş" ticarət mərkəzinin martın 12-də açılışı olacaq. Bu barədə məlumatı ticarət mərkəzinin direktoru Əli İsmayılov verib.

Ə.İsmayılov bildirib ki, ticarət mərkəzində ümumilikdə 1800 ticarət obyekti var. Hazırda onlardan 1000-i istifadəyə tam yararlıdır. "Yarmarkanın su və kanalizasiya xətləri tam yararlı vəziyyətə gətirilib. Sadəcə asfaltlanma işləri qalıb ki, bu da martın 12-nə kimi tam həll olunacaq. Yeni ticarət mərkəzindən yer alan satıcılar satış obyektlərini martın 5-ə kimi tam yararlı hala salmalıdırlar. Əks təqdirdə onların yeri başqasına veriləcək", deyə Ə. İsmayılov bildirib.

Gəncə şəhər İcra Hakimiyyətinin iqtisadi məsələlər üzrə müavini İlham Əliyev bildirib ki, yeni yarmarkaya yeni sərnişin daşıyan nəqlliyyat marşrutlarının açılacağı planlaşdırılır. O, hazırda bununla bağlı nəqlliyyat departamenti ilə danışıqların aparıldığını söyləyib.

Xəbər lenti

Xəbər lenti