...

Ziyafət Əsgərov: "Martın 9-da Milli Məclisdə hökumətin hesabatı dinləniləcək"

Siyasət Materials 5 Mart 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Martın 9-da Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı dinləniləcək. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Konstitusiyaya əsasən, hər il yaz sessiyasının beşinci iclasında hökumət parlament qarşısında illik hesabat verir: "Artıq yaz sessiyasının üç iclası keçirilib. Növbəti iclas martın 6-da keçiriləcək. Bundan sonrakı iclasda isə hökumətin hesabatını dinləyəcəyik."

Xəbər lenti

Xəbər lenti