...

Parlamentin komissiya sədri: "Dövlət qulluqçularının etik davranış kodeksi" yenidən işlənəcək

Siyasət Materials 6 Mart 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin martın 6-da keçirilən iclasında parlamentin hüquq siyasəti və dövlət quruculuğu Komissiyasının sədri Əli Hüseynov bildirib ki, "Dövlət qulluqçularının etik davranış kodeksi"nin yenidən işlənməsi zəruridir.

Komissiya sədri qeyd edib ki, adıçəkilən sənəd ikinci çağırış Milli Məclisdə ikinci oxunuşdan keçib. "Dövlət qulluqçularının etik davranış kodeksi" Milli Məclisin yaz sessiyasında qəbul olunmaq üçün üçüncü oxunuşa təqdim olunacaq. Lakin bu sənəd hazırlanandan sonra prezidentin fərmanı ilə Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Dövlət Qulluğu Komissiyası yaradılıb. Bu kodeks Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komissiyası və adıçəkilən komissiyaların birgə iclasında müzakirə edilib. Sənədə dəyişiklik etmək üçün bir sıra təkliflər var. Ona görə də "Dövlət qulluqçularının etik davranış kodeksi" yenidən parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komissiyasına qaytarılacaq.

Xəbər lenti

Xəbər lenti