...

Polis AMİP-in piketini dağıdıb

Siyasət Materials 7 Mart 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Martın 7-də Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İranın Bakıdakı səfirliyi qarşısında icazəsiz piket keçirməyə cəhd göstərib. Piketdə 30 nəfərə yaxın şəxs iştirak edib. Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə vermədiyinə görə polis piketin qarşısını alıb. Bu zaman bir neçə nəfər saxlanılaraq Səbail rayon Polis İdarəsinin 9-cü polis bölməsinə aparılıblar. Onlar arasında AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov və bir neçə partiya funksioneri də olub.

AMİP nümayəndəsi Azər İsgəndərov piketin qatnaməsini oxuyub. Qətnamədə qeyd olunur ki, Güney Azərbaycanda yaşayan soydaşlarımıza qarşı İran hakimiyyətinin başladığı zorakılıq hallarına, repressiyalara, təqiblərə və təzyiqlərə son qoyulsun, dünya birliyi və beynəlxalq təşkilatlar Güney Azərbaycanda baş verənlərə diqqətlə yanaşsın, həbs olunan hərəkat fəalları, xcüsusən də Abbas Lisani azadlığı buraxılsın və s.

A.İsgəndərov qeyd edib ki, AMİP Güney Azərbaycanda yaşayan soydaşlarımızın müdafiəsinə yönəlmiş aksiyalarını davam etdirəcək.

AMİP bundan əvvəl də İran səfirliyi qarşısında bir neçə dəfə piket keçirib.

Qeyd edək ki, AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir. E.Məmmədov partiyanın lideri, Ayaz Rüstəmov isə sədri vəzifəsini tutur.

Xəbər lenti

Xəbər lenti