...

Milli Məclisin martın 9-na nəzərdə tutulan iclası təxirə salınıb

Siyasət Materials 9 Mart 2007 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin martın 9-da keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müzakirə üçün hazır qanun layihələri olduqda parlamentin iclasları keçirilir. Hələlik isə müzakirə üçün hazır qanun layihələri yoxdur. Eyni zamanda millət vəkilləri Bakıda keçirilən Azərbaycan və türk diasporlarının birinci forumuna qatılıblar.

Qeyd edək ki, daxili nizamnaməyə görə, qanunverici orqanın iclasları adətən həftənin çərşənbə axşamları və cümə günləri keçirilir.

Xəbər lenti

Xəbər lenti