İlham Əliyev Pakistan prezidentini milli bayram münasibətilə təbrik edib
Azərbaycan, Bakı/ Trend müxbir P.Kəsəmənski/ Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının rəhbəri Pərzviz Müşərrəfə təbrik məktubu ünvanlayıb. Məktubda İlham Əliyev milli bayram - Pakistan Günü münasibətilə Pərviz Müşərrəfi və Pakistan xalqının təbrik edib.
"Azərbaycan ilə Pakistan arasındakı dostluq və qardaşlıq münasibətləri xalqımızın iradəsindən qaynaqlanır. Əminəm ki, qarşılıqlı inam, etimad və etibara əsaslanan münasibətlərimizin, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişafı üçün birgə səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik",-deyə məktubda qeyd olunub.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də