...

"Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanun layihəsi hazırlanıb

Siyasət Materials 27 Mart 2007 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin İnsan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyalarının martın 28-də keçiriləcək birgə iclasında "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanun layihəsi müzakirə olunacaq. Parlamentin İnsan hüquqları daimi komissiyasının üzvü, millət vəkili İltizam Əkbərli bildirib ki, adıçəkilən qanun layihəsi qanunvericilik təşəbbüsü ilə prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib.

8 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətini tənzimləyəcək.

Xəbər lenti

Xəbər lenti