...

Qeyri-Kommersiya üzrə Beynəlxalq Fondun əməkdaşları Azərbaycana gələcəklər

Siyasət Materials 28 Mart 2007 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Qeyri-Kommersiya üzrə Beynəlxalq Fondun Avropa ofisinin əməkdaşları Draqan Qoluboviç və xanım Bullain Nilda aprelin 2-də Azərbaycana səfər edəcəklər. Bu barədə Milli QHT Forumundan məlumat verilib. Avropalı qonaqların səfərinin məqsədi Azərbaycanda həyata keçirəcəkləri layihələri müzakirə etməkdir. Səfər çərçivəsində onlar Milli QHT Forumunda görüşlər keçirəcək.

Qeyri-Kommersiya üzrə Beynəlxalq Fond Gürcüstan, Ermənistan və Moldovada da bir sıra layihələr həyata keçirir.

Xəbər lenti

Xəbər lenti