...

Komissiya sədri: ""Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu üçün şərait yaranmalıdır"

Siyasət Materials 28 Mart 2007 19:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul olunması üçün şərait yaranmalıdır. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib ki, Azərbaycanda 100-dən artıq siyasi partiya var. Onlardan 50-si qeydiyyatdan keçib. Lakin bu partiyaların əksəriyyətinin fəaliyyəti gözə dəymir. Ona görə də "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişiklik etməklə cəmiyyətdə çoxpartiyalı sistemin formalaşmasına nail olmaq mümkün deyil.

Onun fikrincə, hələlik Azərbaycanda çoxpartiyalı sistem formalaşmayıb.

Bununla yanaşı komissiya sədri hesab edir ki, "Siyasi partiyalar haqqında" qanunun yenidən işlənməsinə ehtiyac var: "Ola bilər ki, Azərbaycanda bir neçə partiyadan ibarət sistem deyil, buna oxşar bir forma var. Üç nəfərdən ibarət bir qrupu siyasi partiya adı ilə cəmiyyətə sırımaq olmaz. Ölkəmizdə çoxpartiyalı sistemin formalaşmasına xeyli zaman lazımdır. Belə bir sistemin formalaşması üçün qanunda dəyişiklik etmək olar."

Partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə gəlincə, komissiya sədri vurğulayıb ki, əgər hər hansı bir pratiyanın dəyərli üzvləri varsa, onlar öz təşkilatlarını qoruyub-saxlamaqda və inkişaf etidrməkdə maraqlı olmalıdırlar. "Belə olduqda dövlətin partiyalara maliyyə yardımı ayırmasının heç bir nəticəsi olmayacaq", -deyə R.Aslanova əlavə edib.

Xəbər lenti

Xəbər lenti