...

Estoniya parlamentində Azərbaycan üzrə deputat qrupu formalaşdırılıb

Siyasət Materials 6 Aprel 2007 14:37 (UTC +04:00)

Estoniya,Tallin/BNS/Estoniya parlamentinin üzvləri Estoniya-Azərbaycan və Estoniya-Türkiyə deputat qruplarını formalaşdırıblar. Parlamentin mətbuat katibinin BNS-ə verdiyi məlumata əsasən, Estoniya-Azərbaycan qrupuna Azərbaycan əsilli deputat Eldar Əfəndiyev və qrupda onun müavini, partiyadaşı Evelin Sepp başçılıq edir.

Qrupa mərkəzçilər Helle Kalda, Valeri Korb, Tiyt Kuusmik, Nelli Privalova və Olqa Sıtnik, həmçinin reformistlər Kristen Mixal, Tatyana Muravyova, Keyt Pentus və Rayn Rozimannus daxildir.

Estoniya-Türkiyə deputat qrupuna Evelin Sepp rəhbərlik edir və onun müavini Eldar Əfəndiyevdir. Qrupun tərkibinə Helle Kalda, Valeri Korb, Yan Kundla, Tiyt Kuusmik, İnara Luyqas, Kadri Must, Nelli Privalova və Olqa Sıtnik, həmçinin reformistlər Kristen Mixal, Tatyana Muravyova və Keyt Pentus, həmçinin Xalq Birliyinin nümayəndəsi May Treyyal daxildir.

Xəbər lenti

Xəbər lenti