...

Səfir: "İordaniya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir"

Siyasət Materials 10 Aprel 2007 13:37 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/İordaniya Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir. Bu mövqeni İordaniya rəhbərliyinin rəsmi şəxsləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu ölkəyə rəsmi səfəri çərçivəsində Omanda keçirdiyi görüşlərdə bəyan edib. Bu barədə Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı məlumat verib.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri İordaniyanın XİN rəhbəri, baş naziri və Senatın rəhbəri ilə görüşlərində onları münaqişənin həlli ilə bağlı Azərbaycan tərəfinin səyləri ilə tanış edib. Tərəflər həmçinin Ərəbistan-İsrail münaqişəsi məsələsini müzakirə edib.

"Azərbaycan XİN rəhbərinin bugünkü səfər proqramında mədəniyyət tədbirlərində iştirak nəzərdə tutulub. Sabah isə nazir Suriyaya yola düşəcək" - deyə səfir məlumat verib.

Xəbər lenti

Xəbər lenti