...

Korrupsiyaya qarşı mübarizə üzrə 5-ci Qlobal Forum keçirilib

Siyasət Materials 11 Aprel 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Aprelin 2-dən 5-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində Korrupsiyaya qarşı mübarizə üzrə 5-ci Qlobal Forum keçirilib.

Forumda Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə Komissiyanın üzvləri - baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və digər əməkdaşlar iştirak edib.

Yohannesburq forumunda korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən tədbirlər, qabaqcıl təcrübə, qarşıya çıxan problemlər, onların həlli yolları, bu sahədə əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə edilib. Forumda plenar iclaslar, nümayəndə heyətləri rəhbərlərinin və nazirlərin görüşləri keçirilib, o cümlədən müxtəlif mövzulara həsr edilmiş işçi iclaslar təşkil olunub.

Azərbaycan nümayəndə heyəti Fransa, ABŞ, Rusiya, Türkiyə, Çin, İndoneziya, Cənubi Afrika, Gürcüstan və digər ölkələrin, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Forumda və görüşlərdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə yeni milli strategiya barədə iştirakçılara ətraflı məlumat verilib..

5-ci Qlobal Forumda bəyannamə qəbul olunub.

Bu ilin may ayında Azərbaycan hökumətinin dəstəyi ilə Bakıda Transparency İnternational təşkilatının regional görüşünün keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti