...

Müxalifətçi partiya birgə mitinqlərdə iştirak edəcək

Siyasət Materials 13 Aprel 2007 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) müxalifətin birgə tədbirlərində iştirak etməyə hazırdır. Bu barədə partiyanın sədri Ayaz Rüstəmov cümə günü açıqlama verib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər müxalifət partiyalarının birgə aksiyalar keçirməsini, birgə mitinq komitəsi yaradılmasını təklif edib. Bu çağırışa münasibətini açıqlayan Rüstəmov bildirib ki, AMİP-ə belə bir müraciət edilərsə müsbət cavab veriləcək. "Lakin hansısa partiya mitinq keçirməklə bağlı özü qərar versə və sonradan bizi də bura qoşulmağa çağırsa, o zaman iştirak etməyəcəyik. Çünki biz həmin tədbirin keçirilməsi barədə müzakirələrdə, qərar verilməsində iştirak etməmiş oluruq" - deyə AMİP sədri qeyd edib.

Rüstəmov onu da deyib ki, Azərbaycandakı ictimai-siyasi durumla bağlı cümə günü keçiriləcək Siyasi Şuranın fövqəladə toplantısında müzakirələr aparılacaq və müvafiq qərarlar veriləcək.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədovdur.

Xəbər lenti

Xəbər lenti