...

Azərbaycan deputatı ona töhmət verilməsindən razıdır

Siyasət Materials 14 Aprel 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Millət vəkili Fəzail Ağamalı Milli Məclisin Nizam-intizam komissiyasının bu gün keçirilən iclasında parlamentdə baş verən qalmaqalla bağlı ona töhmət verilməsinə dair çıxarılan qərara hörmətlə yanaşdığını bildirib. Ağamalı şənbə günü Trend ə açıqlamasında ona töhmətin həmkarı Hüseyn Abdullayevlə əlbəyaxa olmasında emosiyalı hərəkət etdiyinə görə verildiyini deyib. "Abdullayevin təhqirindən sonra affekt vəziyyətə düşmüşdüm. Ona görə də mənim bu qalmaqalda emosiyalı olmamağım mümkün deyildi" - deyə Ağamalı bildirib. Ağamalı hesab edir ki, baş verən insidentdə həmkarı Abdullayev günahkar olub.

Martın 16-da parlamentdə deputatlar Ağamalı ilə Abdullayev arasında baş verən əlbəyaxa insidentlə bağlı baş prokurorun təqdimatı əsasında Abdullayevin deputat toxunulmazlığı ləğv edilib və onun barəsində cinayət işi başlanılıb. Barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilən Abdullayev hazırda 1 saylı Bayıl Təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti