...

Rəsul Quliyevin yeni partiyasında narazılıq yaranıb

Siyasət Materials 16 Aprel 2007 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasının (ACP) qurultayının nəticələrini və rəhbərliyin formalaşdırılması ilə bağlı məsələləri şərh etmək istəmirəm. Bu barədə bazar ertəsi Bakıda Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin (qurultayda Açıq Cəmiyyət Partiyasına çevrilib) üzvü, ACP Ali Məclisinin üzvü və R.Quliyevin ən yaxın tərəfdarlarından biri olan Aydın Quliyev bildirib.

"Bunu sizin narazılığınız kimi qəbul etmək olarmı" sualına A.Quliyev konkret cavab verməyib.

A.Quliyev təşkilatın qurultayına hazırlıq prosesində yaxından iştirak edib, rəhbərliyə seçilməməyinin səbəblərinə də aydınlıq gətirməyib: "Bu məsələlər arxada qalıb və mən bu barədə danışmaq istəmirəm. "

Yeni partiyanın rəhbərliyinin bu cür formalaşdırılmasına gəlincə, A.Quliyev qeyd edib ki, hər şeyi zaman göstərəcək: "Bu barədə heç nə deyə bilmərəm. Yaşayarıq, görərik."

Xatırladaq ki, aprelin 14-də Milli Məclisin keçmiş sədri və Azərbaycan Demokrat Partiyasının (ADP) sabiq rəhbəri R.Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasının qurultayı keçirilib. Akif Şahbazov yeni partiyanın sədri seçilib.

Xəbər lenti

Xəbər lenti