...

Azərbaycanın müdafiə sənayesi nazirinin Pakistana səfəri hazırlanır

Siyasət Materials 17 Aprel 2007 13:41 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Yaxın zamanlarda İslamabadda Azərbaycan və Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri barədə danışıqlar aparılıcaq. Danışıqlar Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun Pakistana səfəri çərçivəsində keçiriləcək. İki ölkənin diplomatik kanalları tərəfindən nazirin səfərnə hazırlıq başlanıb. Bu barədə çərşənbə axşamı Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Diplomatik missiyadan qeyd olunduğu kimi, iki ölkənin əməkdaşlıq məsələləri Camalovun Pakistanın Müdafiə Sənayesi Nazirliyində keçirəcəyi görüşlərdə müzakirə olunacaq, həmçinin katib Şaiq Siddiq Termidi ilə danışıqlar planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti