...

Azərbaycan prezidenti Qazaxıstanın Mangistau vilayətinin hakimini qəbul edib

Siyasət Materials 17 Aprel 2007 18:11 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend P.Əmircanov/Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-də Qazaxıstanın Mangistau vilayətinin hakimi Krimbek Kuşerbayevi qəbul edib. Bu barədə Trend xəbər verir.

Krimbek Kuşerbayev Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi strategiyanın Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini və ölkənin böyük nailiyyətlər əldə edərək, regionda iqtisadi cəhətdən lider dövlətə çevrildiyini vurğulayıb. O, səfəri çərçivəsində Azərbaycanla birgə əməkdaşlığa dair konkret perspektiv layihələr ətrafında müzakirələr aparıldığını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstanın dinamik surətdə inkişaf etdiyini, həyata keçirilən birgə layihələrin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Prezident ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən enerji, nəqliyyat sahələrində uğurla inkişaf etdiyini xatırladıb, ayrı-ayrı regionlarla əməkdaşlığın bu əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini deyib.

Xəbər lenti

Xəbər lenti