...

Azərbaycan XİN başçısının müavini Vaşinqtonda regionun enerji siyasəti ilə bağlı hesabatla çıxış edəcək

Siyasət Materials 19 Aprel 2007 13:30 (UTC +04:00)
Azərbaycan XİN başçısının müavini Vaşinqtonda regionun enerji siyasəti ilə bağlı hesabatla çıxış edəcək

ABŞ, Vaşinqton / müx. " A.Qara/ Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov aprelin 24-də Vaşinqtonun Woodrow Wilson Center's beynəlxalq təhsil mərkəzində hesabatla çıxış etmək niyyətindədir. Trend in xüsusi müxbirinə mərkəzdən verilən məlumata görə, hesabat "Azərbaycanın enerji gündəliyi: Reqional qeyri-müəyyənlik və enerji siyasəti" (The Security Agenda of Azerbaijan : Dealing with Regional Uncertainty and Energy Politics) mövzusunda olacaq.

Əzimovun çıxışının təşkilatçıları Woodrow Wilson Center's proqramlarının Yaxın Şərq Proqramı və Kennan İnstitutudur. Onun hesabatının dinləyiciləri arasında araşdırma mərkəzlərinin və müxtəlif idarələrin nümayəndələri, habelə tələbə və ekspertlər olacaq. Woodrow Wilson Center's-dəki çıxış Əzimovun Vaşinqtona səfəri çərçivəsində gerçəkləşəcək. Nazir müavini Vaşinqtonda hökumətlərarası səviyyədə hərbi-siyasi məsləhətləşmələr keçirəcək.

Xəbər lenti

Xəbər lenti