...

Xəzərin statusu Aşqabadda müzakirə olunur

Siyasət Materials 23 Aprel 2007 15:13 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Xəzər dənizi statusunun müəyyən edilməsi üzrə Konvensiya layihəsinə əsasən məsləhətləşmələr dənizin statusunun müəyyən edilməsi üzrə işçi qrupun bazar ertəsi Aşqabadda keçirilən növbəti iclasında aparılır. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib. İclasda bütün Xəzəryanı ölkələr təmsil olunur. Azərbaycanı iclasda xarici işlər nazirinin müavini, Xəzərin statusu məsələləri üzrə Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov təmsil edir.

"İkigünlük iclasda tərəflər Xəzər dənizi statusunun müəyyən edilməsi üzrə Konvensiya layihəsinin indiyə qədər razılaşdırılmamış bəndlərini müzakirə edəcək" - deyə İbrahim məlumat verib.

İclas çərçivəsində Azərbaycan və Türkmənistan arasında ikitərəfli danışıqların aparılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti