...

Azərbaycanın müxalifət partiyasının lideri Beynəlxalq Demokrat İttifaqının toplantısında iştirak edir

Siyasət Materials 25 Aprel 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Beynəlxalq Demokrat İttifaqının Dubrovnik şəhərində keçiriləcək iclasında iştirak edir. Bu barədə çərşənbə günü AMİP-dən məlumat verilib.

Beynəlxalq Demokrat İttifaqının (BDİ) toplantısı aprelin 25-dən 27-dək davam edəcək.

Dünyanın 70-dən çox ölkəsinin 86 sağ mərkəzçi partiyasını özündə birləşdirən BDİ-nin toplantısında dünyada baş verən ictimai-siyasi vəziyyət, İranın nüvə proqramı, bir sıra Asiya və Cənubi Amerika ölkələrindəki mövcud durum, eləcə də demokratikləşmə prosesi, insan hüquqlarının müdafiəsi və digər məsələlər müzakirə edilir.

Azərbaycanın müxalifət partiyası olan AMİP 1997-cim ildən BDİ-nin üzvüdür. Partiyanın lideri Məmmədov isə 2003-cü ildən BDİ-nin sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti