...

Azərbaycan prezidenti İSESKO-nun baş direktorunu "Şöhrət" ordeni ilə təltif edib

Siyasət Materials 26 Aprel 2007 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-da İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Bu barədə Trend xəbər verir. Görüş zamanı Azərbaycan və İSESKO arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan prezidenti eyni zamanda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində və Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi xidmətlərə görə İSESKO-nun baş direktorunu "Şöhrət" ordeni ilə təltif edib.

Xəbər lenti

Xəbər lenti