...

Komissiya sədri: Azərbaycan və Belarus parlamentləri arasındakı əməkdaşlığı fəallaşdırmaq lazımdır

Siyasət Materials 7 May 2007 19:57 (UTC +04:00)

Azərbaycan və Belarus arasınadakı iqtisadi əlaqələri inkişaf etdirmək üçün parlametlərarası əməkdaşlığı fəallaşdırmaq lazımdır. Bu barədə BELTA-nın müxbiri ilə söhbətində Beynəlxalq məsələlər və MDB ilə əlaqələr üzrə Nümayəndələr Palatasının Daimi Komissiyasının sədri Vadim Popov bildirib.

Onun fikrincə, "bir müddət öncəyə qədər Azərbaycan MDB çərçivəsində qarşılıqlı əlaqələrdə bir az məsafə saxlayırdı". Yalnız 2006-cı ilin ikinci yarısı - 2007-ci ilin əvvəlində Belarus və Azərbaycan parlamentləri arasında əlaqələr qurulmağa başladı. Parlamentlərarası İşçi Qrupu yaradılıb. "Azərbaycan tərəfdən aktivlik yoxdur, Belarus deputatları daha intensiv əməkdaşlıq üçün hazırdır. Yaxın zamanlarda biz qarşılıqlı addımlar gözləyirik", - deyə Vadim Popov bildirib.

İqtisadi tərəfdaşlıq yeni razılaşmaların imzalanmasını tələb edir ki, bunlar da iki ölkənin parlamentində müzakirəyə çıxarılmalıdır. Deputat korpusunun iştirakı olmadan bütün bu məsələlərin həlli uzun çəkəcək, birgə müəssisələrin fəaliyyəti üçün müvafiq hüquqi baza lazımdır, deyə müsahib bildirib.

Vadim Popov bildirib ki, "Bütün istiqamətlərdə fəaliyyəti genişləndirmək lazımdır". Belarus tərəfinin Azərbaycanda neft hasilatında iştirakı ilə bağlı yanacaq-energetika sahəsindəki layihələr çox perspektivlidir. Bu layihələrin dəstəklənməsi barədə siyasi qərarlar artıq qəbul olunub. Parlament komissiyasının sədri belə hesab edir ki: "Bu iş dünyasına "qollarını açmaq" deməkdir. Heç bir əngəl qalmayıb və kompaniyalar danışıqlar aparmalı və müəyyən bir istiqamətdə praktiki iş görməlidirlər ".

Xəbər lenti

Xəbər lenti