...

Azərbaycan XİN rəhbəri İKT-nin beynəlxalq rolunun gücləndirilməsindəki töhfəsinə görə mükafata layiq görülüb

Siyasət Materials 16 May 2007 16:55 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri İKT-nin beynəlxalq rolunun gücləndirilməsindəki töhfəsinə görə mükafata layiq görülüb

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycanın Nigeriya, Tunis, İran, Xorvatiya, Pakistan və Kuba ilə əməkdaşlıq perspektivləri çərşənbə günü Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bu ölkələrin XİN rəhbərləri ilə görşündə müzakirə olunub. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib. Görüşlər 15-16 may tarixdə Pakistanın paytaxtında keçirilən İslam Konfransı Təşkilatının (İKT) 34-cü iclasında keçirilib.

Görüşlərdə Azərbaycanın bu ölkələrlə münasibətlərinin inkişafının geniş spektri nəzərdən keçirilib, deyə İbrahim bildirib. Nazirlər beynəlxalq və regional əməkdaşlıq məsələlərini müzakirə edib, deyə o qeyd edib. Görüşlərin təfsilatları haqqında məlumat verilmir.

İclas formatında Azərbaycanın xarici işlər naziri İKT-nin beynəlxalq rolunun möhkəmləndirilməsindəki töhfəsinə və İKT ölkələrində gənclərin rolunun artırılması istiqamətində işlərinə görə təşkilatın Gənclər Forumu tərəfindən mükafatlandırılıb, deyə XİN mətbuat katibi məlumat verib. Bu iclas zamanı Azərbaycan təşkilatın rəhbəri səlahiyyətlərini Pakistana təqdim edib. İl ərzində Elmar Məmmədyarov İKT-nin rəhbəri səlahiyyətlərini icra edib.

Xəbər lenti

Xəbər lenti