...

Azərbaycan müxalifəti seçki strategiyasına dair birgə konsepsiya üzərində işləyir

Siyasət Materials 21 May 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov bazar ertəsi bəyan edib ki, prezident seçkiləri öncəsi birgə əməkdaşlığın aparılması, seçki məntəqələrində birgə nəzarəti həyata keçirmək üçün bir sıra partiyalarla, o cümlədən Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyasının sədrləri ilə danışıqlara başlayıb.

Rüstəmov bildirib ki, danışıqlardan sonra ümumi razılıq əldə olunsa, seçki strategiyasına dair müxalifət partiyalarının birgə konsepsiyası hazırlanacaq. AMİP sədrinin sözlərinə görə, birgə əməkdaşlıq həyata keçirilsə belə, partiya prezident seçkilərinə öz namizədi ilə gedəcək.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti