...

Belqradda AŞPA Daimi Komitəsinin iclası keçiriləcək

Siyasət Materials 21 May 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Cənubi Qafqazdakı münaqişələr zamanı itkin düşən şəxslər üzrə məruzəçisi, niderlandlı deputat Leo Platvoetin hazırladığı məruzə qurumun Daimi Komitəsinin mayın 23-dən 25-dək Belqradda keçiriləcək iclasında müzakirə olunacaq.

Tədbirin gündəliyinə Avropa Şurasının 2008-ci il büdcəsi və mülki hüquqda gender bərabərliyi, iqlim dəyişkənliyinə  qarşı mübarizə vasitəsi kimi karbon dioksidinin rolu, Akrotiri və Dikeriya suveren  ərazilərində  sakinlərin hüquqi vəziyyəti ilə bağlı fikir mübadiləsi, Ermənistanda parlament seçkilərinin nəticələri məsələləri daxil edilib.

İclsada Azərbaycanın Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası   əlaqələr daimi komissiyasının sədr müavini, AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti