...

Azərbaycan MSK sədri: "MSK üçün onmərtəbəli yeni bina tikilməsinə başlanılıb"

Siyasət Materials 21 May 2007 19:00 (UTC +04:00)
Azərbaycan MSK sədri: "MSK üçün onmərtəbəli yeni bina tikilməsinə başlanılıb"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) üçün onmərtəbəli yeni bina tikilməsinə başlanılıb. Bu barədə bazar ertəsi MSK sədri Məzahir Pənahov açıqlama verib.

Onun sözlərinə görə, Bakının Binəqədi rayonu ərazisində, S.S.Axundov küçəsi 3/23 ünvanında MSK üçün yeni bina tikilir. Gələn il keçiriləcək prezident seçkilərinə qədər MSK həmin binaya köçürüləcək. Pənahov deyib ki, yeni binanın layihəsi ilə tanış olub və onu tam qane edir.

Yeni binaya MSK-nın "Seçkilər" İnformasiya Mərkəzi də köçürüləcək.

Pənahov onu da deyib ki, MSK tam tərkibdə formalaşandan sonra burada boş qalmış katib yerinə yeni şəxs təyin olunacaq. Hazırda isə MSK-nın üçdə ikisi fəaliyyətdədir.

Xəbər lenti

Xəbər lenti