...

İri partiyalardan ikisi müxalifətin yeni Alyansına qoşulmur

Siyasət Materials 1 İyun 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifət partiyalarının yeni Alyansının yaradılması üçün aparılan danışıqlarda iri partiyalardan ikisi - Açıq Cəmiyyət Partiyası və Azərbaycan Milli İstiqlal Partiyasının müsbət cavabı yoxdur. Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cümə günü məlumat verib.

ADP sədri müxalifətin geniş əməkdaşlığının qurulması üçün məşvərət xarakterli yeni birliyin yaradılması təşəbbüsünü qaldırıb və bunun üçün artıq bəzi müxalifət liderləri ilə danışıqlar aparıb. Bunlar İsa Qəmbər, Eldar Namazov, Etibar Məmmədov və digərləridir: "AMİP lideri Etibar Məmmədov və Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev bu ideyaya o qədər də hərarətlə yanaşmırlar. Mən bunu normal hal hesab edirəm, çünki hamının eyni cür düşünməsi, eyni mövqedə olması vacib deyil. Yeni Alyans partiyalar qarşısında heç bir öhdəlik, şərt qoymayacaq" - deyə Cəlaloğlu qeyd edib.

Onun sözlərinə görə, hazırda partiyalararsı məsləhətləşmələr davam etdirilir.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Müxalifətçi partiyanın bu ilin yanvarınada qəbul etdiyi hakimiyyətlə dialoq qurulmasına dair yeni siyasi kursuna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar. Sərdar Cəlaloğlu mayın 27-də keçirilən ADP-nin 9-cu qurultayında partiyanın sədri seçilib.

Xəbər lenti

Xəbər lenti