Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə çərşənbə axşamı Bakıda səfərdə olan ATƏT sədri, İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos və ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarkerlə görüşüb. Bu barədə DİP-dən məlumat verilib.
Görüşdə Azərbaycanda fəaliyyət göstərən digər siyasi partiyaların rəhbərləri də iştirak edib. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət, ölkə mediasının hazırkı durumu və seçki islahatları məsələsi müzakirə olunub.