...

Azərbaycan prezidenti ATƏT-in Minsk qrupunun amerikalı həmsədrini qəbul edib

Siyasət Materials 5 İyun 2007 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir. Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti