...

Millət vəkili: "Azərbaycanlıların milli soyadları haqqında qanun qəbul olunmalıdır"

Siyasət Materials 6 İyun 2007 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Müstəqil Azərbaycan dövlətinin vətəndaşları "ov", "yev" kimi soyad sonluqlarından imtina etməlidirlər. Bu barədə çərşənbə günü Bakıda Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Onun fikrincə, "ov", "yev" kimi soyad sonluqları çar Rusiyasından qalan mirasdır.

"Hətta, Tacikistan prezidenti İmoməli Rəhmanov belə "ov" soyad sonluğundan imtina etdi. Azərbaycanlıların "ov", "yev"dən imtina etmələri kiminsə xoşuna gəlməyə bilər. Amma biz bunu həyata keçirməliyik. Biz müstəqil dövlətik və müstəqilliyin bir atributu da soyadlardır" -deyə Rüstəmxanlı əlavə edib.

Onun fikrincə, azərbaycanlıların milli soyadları haqqında qanun qəbul olunmalıdır.

Xəbər lenti

Xəbər lenti