...

Dövlət Sərhəd Xidmətinin rəisi: "Bu il Azərbaycanın quru və su sərhədlərində geniş miqyaslı hərbi təlimlər keçiriləcək"

Siyasət Materials 8 İyun 2007 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu il Azərbaycanın həm quru, həm də Xəzər dənizindəki su sərhədlərində sərhədçilər üçün geniş miqyaslı hərbi təlimlər keçiriləcək. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev cümə günü açıqlama verib.

Quliyevin sözlərinə görə, bu il keçiriləcək təlimlər əvvəlki hərbi təlimlərdən fərqli olacaq: "Bizim ildən-ilə texniki imkanlarımız, silah-sursatımız, gəmilərimiz, şəxsi heyətimiz, dünyada tətbiq edilən ən müasir avadanlıqlarımızın sayı artır. Bunlar təlimlərdə iştirak edən ümumi qüvvələrin sayının artmasına gətirib çıxarır. Bu il geniş miqyaslı hərbi təlimlər həm Azərbaycanın quru sərhədlərində, həm də Xəzər dənizində su sərhədlərində keçiriləcək. Hələlik bu təlimlərin vaxtı dəqiqləşməyib" - deyə general-leytenant bildirib.

Quliyev Azərbaycan sərhədçilərinin İran və Rusiya sərhədçiləri ilə birgə hərbi təlimlər keçəcəyini də istisna etməyib və bunun ehtimal olunduğunu deyib.

Xəbər lenti

Xəbər lenti