...

ABŞ Rusiyanın Qəbələ RLS-in istifadəsi ilə bağlı təklifinə iyulda cavab verəcək

Siyasət Materials 12 İyun 2007 14:56 (UTC +04:00)

Qəbələ RLS-in Amerika raketdən müdafiə sistemində (RMS) istifadəsi üzrə Rusiya-Amerika məsləhətləşmələri Rusiya prezidentinin iyulun əvvələrində Amerikaya planlaşdırlan səfərində sonra başlayacaq. Bunu RF hərbi qüvvələri baş qərargah rəisi Yuri Baluevski bəyan edib.

"Bilirsiniz ki, iyulun əvvəlində Putinin ABŞ-a səfəri olacaq, ümid edirəm ki, elə həmin vaxt Amerika tərəfi təkliflə bağlı öz mövqeyini rəsmi olaraq bəyan edəcək, bundan sonra məsləhətləşmələrə başlamaq olar",-deyə Baluevski jurnalistlərə bildirib.

Putin G8-in Hayliqendamm sammitində Corc Buşa Rusiyanın Azərbaycandan icarəyə götürdüyü Qəbələ RLS-in birgə istifadə olunmasını təklif edib.

"ABŞ rəhbərliyi və mənim hərbçi həmkarlarımın rəsmi münasibəti onu deməyə əsas verir ki, onlar üçün gözlənilməz olub və şoka düşüblər",-deyə Amerika tərəfinin təklifə münasibətini şərh edərkən Baş qərargah rəisi söyləyib.

O qeyd edib ki, bu təklifin hazırlanmasında iştirak edib. Onun sözlərinə görə, bu, ABŞ-ın Avropada RMS yerləşdirmək planlarını "heçə endirir". Bu barədə RİA Novosti məlumat yayıb.

Bir müddət əvvəl "İsgəndər" komplekslərinin sınağını şərh edərkən Baluevski bildirib ki, bu sınaqlar onu göstərir ki, "Rusiyanın müdafiə etməyə və müdafiə olunmağa nəyisə var".

"Biz heç vaxt hədə gəlməməişik (digər dövlətlərə), amma ucuz və effektivliyinə görə partnyorlarımızdan geri qalmayan silahlara malik olmalıyıq. Yaxşı olardı ki, Rusiyanın heç bu cür silahları olmazdı",-deyə o söyləyib.

"Rus ağlına, rus dərrakəsinə gəldikdə isə, biz bir çox dövlətlərə forma verə biərik. Əminəm ki, hələ axşam deyil",-deyə Baluevski ümidini bildirib.

Xəbər lenti

Xəbər lenti