...

Azərbaycan Demokrat Partiyasının rəhbər strukturları formalaşdırıldı

Siyasət Materials 16 İyun 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin şənbə günü keçirilən iclasında partiyanın rəhbər strukturları formalaşdırılıb. Bu barədə şənbə günü partiyanın sədri Sərdar Cəlaloğlu məlumat verib.

Bu, ADP-nin doqquzuncu qurultayından sonra yeni Ali Məclisin ilk iclasıdır. İclasda partiya sədrinin müavinləri təsdiqlənib, Ali Məclisə sədr və mavinlər seçilib.

Həsrət Rüstəmov ADP sədrinin birinci müavini, Taliyət Əliyev seçki məsələləri üzrə müavin, Zakir Hüseynov ümumi məsələlər üzrə müavin, Nurəddin İsmayılov ictimaiyyətlə əlaqələr və media üzrə müavin vəzifələrinə təsdiq edilib.

Vaqif Şirinov isə Ali Məclisin sədri, İsa Cəfərov onun müavini, Natiq Abbasov Ali Məclisin katibi seçilib.

İclasda ADP-nin 10 komissiyası formalaşdırılıb. Həmçinin toplantıda Dağlıq Qarabağ probleminin həllinə dair ADP-nin Konsepsiyası təsdiqlənib, bu münaqişə ilə əlaqədar bəyanat qəbul edilib.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti