...

Bakı Şəhər İcra Hakimiyyəti "Azərbaycan yolu" Hərəkatının müraciətinə cavab verib

Siyasət Materials 21 İyun 2007 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakı Şəhər İcra Hakimiyyəti "Azərbaycan yolu" siyasi hərəkatının iyunun 23-də keçirmək istədiyi yürüş-mitinqlə bağlı müraciətinə cümə axşamı cavab verib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zaur Ramazanov məlumat verib.

Hərəkat Azərbaycanda qiymət artımına etiraz olaraq iyunun 23-də saat 18.00-dan 20.00-dək metrounun "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşlə başlayaraq Neft Emalı Zavodunun balansında olan meydanda mitinq keçirilməsini planlaşdırır. Lakin Bakı Şəhər İcra Hakimiyyəti həmin saatda, lakin fərqli marşrutla - metrodan yürüşlə başlayaraq "Ukrayna" meydanında mitinq keçirilməsinə razılıq verib.

Bakı Şəhər İcra Hakimiyyəti həmin gün iki saat əvvəl jurnalistlərin həmin marşrut üzrə yürüş-mitinq keçirməsinə də razılıq verib.

Xəbər lenti

Xəbər lenti