...

Bu il narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 59 fakt aşkarlanıb

Siyasət Materials 27 İyun 2007 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Dövlət Gömrük Komitəsi (DGK) bu il narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 59 fakt aşkarlayıb. DGK-nin Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Nizami Quliyev Trend ə bildirib ki, gömrükçülər tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktların sayı ilbəil artır. Şöbə rəisinin sözlərinə görə, bu yaxınlarda Astara gömrükçüləri tikinti materiallarının içərisində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilən 30 kiloqram həşiş aşkarlayıb. Həmin faktla bağlı cinayət işi açılıb. Quliyev son illər narkotik maddələr qəbul edənlər arasında gənclərin sayının artdığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti