...

Balakəndə axtarışda olan keçmiş ADP-çi polisə təslim oldu

Siyasət Materials 5 İyul 2007 18:27 (UTC +04:00)

Azərbaycan, Balakən / Trend müxbir E.Quliyev/ Cümə axşamı Baki şəhərindən 320 km məsafədə yerləşən Balakən rayonunda ADP-nin rayon təşkilatının keçmiş sədri Nizami Quliyev törətdiyi cinayətə görə hadisədən beş gün sonra - cümə axşamı polisə təslim olub.

Balakən rayon polis şöbəsinin rəis əvəzi Loğman İsmayılovun verdiyi məlumata görə, Nizami Quliyev iyunun 30-da polis əməkdaşına odlu silahdan atəş açdıqdan sonra silahla dağlara qaçıb. Bu gün - iyulun beşində Quliyev gəcə saat ikidə öz həmkəndlisi olan polis əməkdaşının yanına gələrək könüllü təslim olub. Rəis əvəzinin sözlərinə görə, bu, Quliyevin ailəsi ilə danışıqlar aparıldıqdan sonra mümkün olub.

Polis şöbəsindən Quliyevin silahı təhvil verməməsinin səbəbinə aydınlıq gətirilib. Bildirilib ki, Quliyev beş gün müddətində dağlarda olarkən silahın əlindən sürüşərək qayaya düşdüyünü deyib. Silahın tapılması üçün əlavə tədbirlər heyata keçirilir.

Quliyev tərəfindən təhdidə məruz qalan Balakən rayon elektrik şəbəkəsi rəisinin sözlərinə görə, ona hücum edən şəxsin əlində bıçaq və əl qumbarası da olub. Polis şöbəsindən bıçağın müsadirə olunduğu və əl qumbarasının aşkarlanmadığı bildirilib.

Azərbaycan Cinayət Məcəlləsinin 29.120.1 (ölümə sui-qəsd) və 134-cü (ölümlə hədələmə) maddələri ilə Balakən rayon prokurluğunda cinayət işi açılıb, araşdırma aparılır.

ADP sədri Sərdar Cəlaloğlu bu hadisə baş verməzdən qabaq Quliyevin ADP-nin Balakən rayon təşkilatı sədrliyindən istefa verdiyini deyib.

Xəbər lenti

Xəbər lenti