...

Azərbaycan prezidenti Braziliya dövlət başçısına başsağlığı verib

Siyasət Materials 18 İyul 2007 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev Braziliya prezidenti Luis İnasiu Lula da Silvara başsağlığı verib. Bu barədə Trend xəbər verir.

Bu münasibətlə ünvanlanmış məktubda San-Paulu hava limanında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı ilə əlaqədar Braziliya prezidentinə, həlak olanların ailələrinə və bütün Braziliya xalqına dərin hüznlə başsağlığı verilir.

Xəbər lenti

Xəbər lenti