...

Azərbaycanın hakim partiyası prezident seçkiləri ilə bağlı konsepsiya hazırlayır

Siyasət Materials 19 İyul 2007 12:43 (UTC +04:00)
Azərbaycanın hakim partiyası prezident seçkiləri ilə bağlı konsepsiya hazırlayır

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası (YAP) seçki konsepsiyası hazırlayır. Bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında partiya sədrinin müavini, icra katibi Əli Əhmədov məlumat verib. Onun sözlərinə görə, konsepsiyanın hazırlanması prosesi əsasan seçki situasiyasının dəyərləndirilməsi, konkret şəraitə uyğun taktikaların müəyyən edilməsi, seçki kampaniyasının həyata keçirilməsinə cəlb ediləcək resursların dəyərləndirilməsidir. Əhmədov bildirib ki, YAP prezident seçkilərinin uğurla keçirilməsi üçün geniş imkanlara malikdir. Bunun üçün partiya üzvləri üçün treninqlər, seminarlar da keçirəcək. Əhmədov deyib ki, YAP seçkilərin demokratik keçirilməsi üçün bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır.

"Gələn il keçiriləcək prezident seçkilərində YAP-ın namizədi olan indiki prezident İlham Əliyevə rəqabət olacaq namizəd Azərbaycanın üfüqündə belə yoxdur" - deyə Əhmədov bildirib.

YAP Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti