...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib

Siyasət Materials 26 İyul 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsi davam edib.

İclasda İqtisadi İnkişaf Nazirliyinin (İİN) Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin kiçik özəlləşdirmənin təşkili və torpaq sektorunun mütəxəssisi Rövşən Mirzəyev ifadə verib. Şahid ifadəsində göstərib ki, İİN-nin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin kiçik özəlləşdirmənin təşkili və topaq sektorunda mütəxəssis vəzifəsində işləyib. Onun sözlərinə görə, Səbail rayonu, Akim Abbasov küçəsi 16 ünvanında yerləşən 9 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbələrində olan 343,8 kvadrat metr qeyri-yaşayış sahəsinin F.Əliyevin qohumu Kərimov Afiq Bəhriş oğlunun adına özəlləşdirilməsi ilə əlaqədar sahənin satış qiymətini mütəxəssis kimi özü hesablayıb. Ekspertiza vərəqinə onunla birgə baş məsləhətçi işləyən Faiq Məlikov da imza atıb. Qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair sənədlərin hazırlanması barədə ona həmin vaxt sektor müdiri vəzifəsində işləyən Maarif Qurbanov göstəriş verib.

Şahid həmçinin göstərib ki, Qurbanov sabiq nazir F.Əliyevin yaxın adamı olub, buna görə də F.Əliyev obyektlərin qohumlarının adına özəlləşdirilməsini ona tapşırırmış.

Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti