Müxalifət partiyası sədrinin seçki qərargahı formalaşdırılıb

Siyasət Materials 30 İyul 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı / Ümid Partiyasının sədri İqbal Ağazadənin gələn il keçiriləcək prezident seçkilərində iştirakla bağlı seçki qərargahı artıq formalaşdırılıb. Bu barədə Ağazadə özü məlumat verib.

Onun sözlərinə görə, seçki qərargahı gələnilki prezident seçkilərinə hazırlıq işlərinə başlayıb. Belə ki, partiya seçkiyə hazırlığın birinci mərhələsini artıq yekunlaşdırıb. Hazırda ikinci mərhələ üzrə proqram həyata keçirilir. Ağazadənin seçki təbliğatı, əhali ilə görüşləri, seçki platforması və digər məsələlərlə bağlı proqramı işlənilib.

Müxalifətyönlü Ümid Partiyasının sədri Ağazadə Milli Məclisin deputatıdır. O, gələn il keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd olmağa hazırlaşır.

Xəbər lenti

Xəbər lenti