Azərbaycan, Bakı/ Trend / Muğamın inkişafındakı xidmətlərinə görə Azərbaycanın Xalq artisti Alim Qasımov "Şöhrət" ordeni ilə mükafatlandırılıb.
Bu barədə sərəncamı Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi imzalayıb. Xalq artisti 50 illik yubileyi münasibəti ilə mükafatlandırılıb.