...

Ekpertlər: 70 BTR Azərbaycan ordusunu möhkəmləndirməyəcək

Siyasət Materials 14 Avqust 2007 18:21 (UTC +04:00)
Ekpertlər: 70 BTR Azərbaycan ordusunu möhkəmləndirməyəcək

Azərbaycan, Bakı/ Trend , müxbir A.Qasımova/ Rusiyanın müstəqil hərbi eksperti Pavel Felqenhauzer hesab edir ki, Rusiya ənənəvi olaraq Ermənistan və Azərbaycana silah ötürür və buna görə də son silah ötürülməsi ərazi münaqişəsinə malik ölkələr arasında qüvvələr balansını dəyişməyəcək.

Qazaxıstan və Azərbaycan iyulda yeni zirehli texnikanın, təxminən 40 mln. dollar həcmində 70 yeni BTR-80-nın Rusiyadan Azərbaycana çatdırılması barədə müqavilə imzalayıblar, bu gün Moskvanın "Vedomosti" qəzetinin məlumatında belə deyilib. Bu BTR-lər 1986-cı ildən istifadə olunur.

Rusiyadan hər iki ölkəyə ötürülən silah-sursatın həcmi barədə RF-nin Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Azərbaycanın hərbi eksperti Ələkbər Məmmədovun sözlərinə görə, Rusiya müntəzəm olaraq Ermənistana silah-sursat, o cümlədən də BTR ötürür. Məsələn, 1995-ci ildə RF Ermənistana 1 mlrd. dollarlıq silah-sursat verib. Bununla yanaşı, bu il Batumidəki 12-ci hərbi bazadan və Axalkalakidəki 62-ci hərbi bazadan çıxarılan silah-sursatın böyük hissəsi Ermənistana yola salınıb.

"Hamıya məlumdur ki, bu ölkələr əməkdaşlıq edir, belə ki, mümükündür ki, bu ölkələr silah ötürülməsinə dair gizli razılaşmaya malik olsunlar" - deyə Məmmədov bildirib.

Lakin Felqenhauzer hesab edir ki, BTR-lərin alışı ilə bağlı iyulda imzalanan müqavilə qüvvələr balansınım dəyişmək üçün çox kiçikdir. O əlavə edib ki, Rusiyanın eyni zamanda Azərbaycana və Ermənistana silah verməsində qeyri-adi heç bir şey yoxdur.

"Təkcə BTR-lərlə ordunu gücləndirmək olmaz, bu səbəbdən də BTR-lərin Azərbaycan ordusuna daxil edilməsi ilə heç nə dəyişməyəcək" - deyə o bildirib.

Felqenhauzerin sözlərinə görə, əgər Azərbaycan ordunu müasir silahla təchiz etmək istəyirsə o Qərbdən baha qiymətə silah almalı olacaq.

Xəbər lenti

Xəbər lenti