...

Azərbaycan prezidenti AŞ PA Monitorinq Komitəsinin sədrini qəbul edib

Siyasət Materials 22 Avqust 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Parlamentlərarası əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq məsələləri çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin sədri, Almaniya Bundestaqınnın deputatı Eduard Linter arasında keçirilən görüşdə müzakirə edilib. Görüşdə Azərbaycan və Almaniyanın ikitərəfli əlaqələri ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Alman deputat Azərbaycana səfəri çərçivəsində həmçinin ölkənin QHT nümayəndələri ilə görüşməyi planlaşdırır. Görüşdə Azərbaycanada insan hüquqlarının vəziyyəti, AŞ qarşısında Azərbaycanın götürdüyü öhdəliklərin həyata keçirilməsinin müzakirə olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti